ÜST: Bir gündə 262 min yeni yoluxma aşkarlandı

Dünyada koronavirusa yoluxanların sayı 17,6 milyonu ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, son bir gündə koronavirusa dünyada 262 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 680 mindən çox insan ölüb.
Qeyd olunub ki, son sutkada COVID-19-a 262 929 yoluxma qeydə alınıb, 5 851 pasiyent dünyasını dəyişib.
Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 17 660 523 təşkil edir. Pandemiya ərzində ümumilikdə 680 894 nəfər COVID-19-dan ölüb.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












