ÜST-dən yeni COVID bəyanatı: insana yoluxduranı axtarırdılar, heyvana yoluxduranı tapdılar

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, insanlar ev heyvanlarını və bəzi vəhşi heyvanları COVID-19-a yoluxdura bilərlər.
"COVID-19 virusu əsasən insandan-insana keçir, amma insandan heyvana keçməsi faktları da var, çünki bu, zoonoz virusdur. Aralıq virus daşıyıcısı isə hələ təyin olunmayıb", - ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.
Onun sözlərinə görə, insanlarla təmasdan sonra susamuru, itlər, pişiklər, şirlər, pələnglər və yenot itlər arasında koronavirusa yoluxma halı təsbit olunub.
Qeyd edək ki, martın 30-da ÜST koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinin Uhan şəhərinə ezam olunmuş beynəlxalq ekspertlər qrupunun məruzəsinin tam versiyasını dərc edib. Məruzədə COVID-19-un laboratoriyadan yayılması "ağlabatan sayılmır". Bundan bir gün əvvəl isə "Associated Press" hələ dərc olunmamış hesabata istindən xəbər vermişdi ki, çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çində apardıqları birgə elmi araşdırmalar nəticəsində qənaətə gəliblər ki, yeni növ koronavirus yarasadan insana naməlum aralıq heyvan vasitəsilə keçib. Bu, hazırkı ana ən etibarlı nəzəriyyə hesab olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












