ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

“COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc edilmiş press-relizində bildirilib.
ÜST mövcud koronavirusun hələ öhdəsindən gəlinmədiyinə baxmayaraq, bəşəriyyətin yeni bir pandemiyaya hazırlaşması lazım olduğu qənaətindədir.
Cenevrədə yayımlanan press-relizdə qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında bu cür addımların atılmasının vacibliyi müzakirə olunacaq.
Təşkilat sessiyanı üç mövzu üzərində aparmağı planlaşdırır. Belə ki, ÜST beynəlxalq ictimaiyyətin yeni pandemiyaya qarşı birgə hazırlığından əlavə, COVID-19 ilə mübarizə vasitələrinə çıxışın sürətləndirilməsi təşəbbüsünün dünyada aktiv dəstəyinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair dövlətlərin öhdəliyini təsdiqinə ümid edir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












