ÜST: Hazırda COVID-19 əleyhinə "universal silah" yoxdur

"Koronavirusa qarşı effektiv vaksin ümumiyyətlə, heç ortaya çıxmaya da bilər". Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Bir sıra vaksinlər hazırda klinik sınaqların üçüncü mərhələsindədir və hamımız ümid edirik ki, insanların yoluxmasının qarşısını almağa kömək edən bir neçə təsirli peyvəndimiz olacaq. Ancaq hazırda "universal silah" yoxdur və o, ümumiyyətlə heç ortaya çıxmaya da bilər”, - ÜST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında deyib.
O, ölkələri və hökumətləri pandemiyaya qarşı tədbirlərə - maska taxılmasına, sosial məsafə saxlanılmasına, əl gigiyenasına və testlərə ciddi riayət etməyə çağırıb.
Onun sözlərinə görə, maska taxmaq artıq dünyada həmrəyliyin rəmzi olmalıdır. (“Report” )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












