ÜST koronavirusla bağlı xəbər hazırlayan jurnalistlərə tövsiyələr verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) jurnalistlər üçün COVID-19-la bağlı xəbər hazırlanmasına dair tövsiyələr hazırlayıb.
Avtosfer.az xəbər verir ki, həmin tövsiyələr aşağıdakılardır:
1. Etik və məsuliyyətli olun.
2. Sosial məsuliyyət daşıyın.
3. Sensasiya və ya panika yaratmaqdan çəkinin.
4. COVID-19 pandemiyası və cavab tədbirlərinə dair faktlar və həqiqi məlumatlara əsaslanan xəbər hazırlayın.
5. Etibarlı, elmi cəhətdən düzgün və yoxlanılmış məlumat mənbələrindən istifadə edin.
6. Alimlər, tədqiqatçılar, ictimai səhiyyə mütəxəssisləri, akademiklər və digər sahələr üzrə mütəxəssislərdən sitatlar gətirin – bu şəxslər cəmiyyətin vəziyyətlə bağlı narahatlıqlarına aydınlıq gətirə bilərlər.
7. Xəstəliyin qarşısını almağa və/və ya yayılmasını azaltmağa kömək edən tədbirlər haqqında doğru xəbər hazırlayın.
8. Səhiyyə işçilərinin gördüyü işlər və vəziyyətləri haqqında xəbər hazırlayın, belə ki, pandemiyaya qarşı tədbirlərdə onların rolu mühümdür.
9. Sağalmaqda olan xəstələr, xəstəliyi dayandırmaq üçün tədbirlər görən icmalar, yaxud nümunəvi metodları olan ölkələr haqqında xəbər hazırlayın.
10. Həll yolları tapmağa kömək edən xəbərlər hazırlayın.
Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi jurnalistlər üçün COVID-19-a dair informativ bələdçini Azərbaycan dilinə tərcümə edərək dərc edib. Bələdçidə ÜST-nin COVID-19 pandemiyası və peyvəndləri ilə bağlı professional xəbər hazırlanmasına, həmçinin bu zaman jurnalistlərin özlərini necə qoruya biləcəyinə dair tövsiyələrə yer verilib.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










