ÜST rəhbəri: "Pandemiya psixi sağlamlığa zərbə vurur"

"COVID-19 pandemiyası milyonlarla insanın psixi sağlamlığına zərər yetirərək onlarda təşviş və qorxu hisslərinə səbəb olur, psixi səhiyyə xidmətlərinə mənfi təsir göstərir".
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus brifinq zamanı bildirib.
O, hazırkı pandemiya dövründə psixiatr həkimlər arasında yoluxma halları nəticəsində bəzi səhiyyə mərkəzlərinin koronavirusdan müalicə mərkəzi kimi fəaliyyət göstərməyə başladığını, halbuki psixiatriyanın hələ pandemiyadan əvvəl bir qədər diqqətdən kənarda qalması üzündən 1 milyardadək insanın psixi pozuntularla yaşamağa məhkum olduğunu deyib: "Belə ki, hələlik əhaliyə keyfiyyətli psixiatriya xidmətləri nisbətən məhdud sayda göstərilir. Aşağı və orta gəlirli ölkələrdə psixi, nevroloji, maddələr mübadiləsi pozğunluğu olanların 75 faizindən çoxu lazımi qədər müalicə almırlar”.
ÜST rəhbəri bu il oktyabrın 10-da qeyd ediləcək Dünya Psixi Sağlamlıq Günü Qlobal Psixi Sağlamlıq Naminə Birlik və Dünya Psixi Sağlamlıq Federasiyası ilə birgə psixi səhiyyəyə sərmayələri artırmaq uğrunda irimiqyaslı kampaniya keçirəcəklərini diqqətə çatdırıb.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












