ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"

""AstraZeneca" peyvəndi ilə tromboz arasındakı əlaqə hələ də sübut olunmayıb".
Bu barədə ÜST-ün Standartlar və İlkin Seçim Departamentinin direktoru Roxerio Pinto de Sa Qaspar brifinqdə deyib.
"Dünyanın hər yerindən milli qiymətləndirmə sistemlərindən və regional tənzimləmə orqanlarından məlumatlar alırıq. Lakin hazırda peyvəndlə tromboz arasındakı əlaqə müəyyən edilməyib", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, ÜST Avropa Dərman Agentliyi ilə fəal şəkildə işləyir və müvafiq komitənin iclasının nəticələrini gözləyir.
"Peyvəndlə bağlı risklərin və faydaların analizi onun faydalarının yaratdığı risklərdən çox olduğunu göstərir. Trombozla birləşən nadir trombositopeniya nümunələrini görürük. Bununla belə, peyvəndin koronavirusdan ölüm sayını əhəmiyyətli dərəcədə azaltdığı başa düşülməlidir. Bu barədə az danışılır, amma bu nəzərə alınmalıdır", - ÜST rəsmisi qeyd edib.
Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca" vaksininin tromboz yaratdığını açıqlamışdı. (APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












