Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri 8 aylıq fasilədən sonra hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınmasını bərpa edib.
Sentyabrın 16-da yerli vaxtla saat 10:30-da Cənubi Koreyanın “T'way” aviasiya şirkətinə məxsus və göyərtəsində 60 sərnişin olan “Boeing 737” tipli təyyarə Uxanın “Tianhe” beynəlxalq hava limanına enib. Epidemiya əleyhinə qaydalara uyğun olaraq, bütün sərnişinlər COVID-19 testinin mənfi nəticəsini və sağlamlıq haqqında arayışı təqdim ediblər. Təyyarə saat 13:55-də havaya qalxaraq Seula yola düşüb.
Qeyd edək ki, “T'way” digər aviasiya şirkətləri kimi COVID-19 böhranı ilə əlaqədar yanvarda Uxana uçuşları dayandırmışdı. Belə ki, yanvarın 23-də Uxanda sərt karantin rejimi elan olunmuş və şəhərə bütün növ giriş-çıxış, o cümlədən yerli və beynəlxalq hava nəqliyyatı ilə sərnişin daşınması dayandırılmışdı. Şəhərdə epidemik vəziyyətin yaxşılaşması fonunda aprelin 8-də daxili uçuşlar bərpa edilib və o vaxtdan bəri 64 mindən çox sərnişin daşınıb. Hazırda daxili uçuşların və daşınan sərnişinlərin sayı virusun yayılmasından əvvəlki vaxta olan səviyyəyə çatıb. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












