“Vaksinasiya barədə saxta sənədlərə görə ciddi cəzalar lazımdır”

Bəzi tibb müəssisələrində peyvənd vurulmasını təsdiq edən sənədin pul qarşılığında verildiyi barədə gəzən şayiələrin reallığa uyğun olmadığını düşünmək istərdim. Ancaq bu həqiqətdirsə, çox təəssüfedicidir. Dövlətimiz, əlaqədar qurumlar, tibb işçiləri gecə-gündüz koronavirusla mübarizə aparırlar. Bu cür mənfi hallar isə görülən bütün işlərə kölgə salır.
Bunu Azərbaycan Milli Məclisi Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov son vaxtlar sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndlə bağlı saxta sənəd alan vətəndaşlarla əlaqədar məlumatların yayılmasına münasibət bildirərkən qeyd edib.
O, pandemiya zamanı belə mənfi halların sosial şəbəkələrdə müzakirə edilməsinin tibbi baxımdan arzuedilməz olduğunu söyləyib.
“Belə məsələlərdə kiçik bir həqiqət ehtimalı varsa, müvafiq qurumlar bu mövzuda tədbir görməlidir. Bu cür halların təkrarlanmasının qarşısını almaq üçün problemi araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək lazımdır”, - deyə həkim bəyan edib.
O, peyvənd prosesinin ölkə və ümumi əhali üçün əhəmiyyətini də vurğulayıb.
“Unutmamalıyıq ki, peyvənd istənilən pandemiyaya qarşı mübarizədə qızıl açardır. Peyvəndin vaxtında və geniş miqyasda həyata keçirildiyi ölkələr və cəmiyyətləri firavan bir gələcək gözləyir”, - deyə R.Mahmudov bildirib. (Caliber.az)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












