Vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra... - Həkim rəyi

COVİD-19 virusuna qarşı vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra ölkə üzrə epidemik səviyyədə pik həddə yoluxma sayı ola bilməz. Sadəcə, endemik, yəni bölgələrdə yerli artımlar müşahidə edilə bilər.
Bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, ölkə əhalisinin 70 faizi vaksin olunmalıdır ki, mövcud epidemik vəziyyət sona çatsın:
"Bu rəqəmə hər zaman nail olmaq mümkün olmur. Amma minimal hədəf 50 faizi keçməkdir. Vaksinasiya prosesi tam başa çatana qədər biz ehtiyatı əldən verməməliyik. Əfsuslar olsun ki, virus 1-2 gündə çoxalaraq yoluxma sayında pik həddə çata bilər. Bunu nəzarət altına almaq zaman alır. Buna nəzarətin 1-2 gün ərzində təmin edilməsi mümkün deyil. Nəzərə alaq ki, bir saniyədə 5 xəstə virusa yoluxa bilər, amma 5 xəstənin müalicəsi 14-20 gün davam edə bilər. Şükür ki, hələ iki gün ərzində rəqəmlər iki dəfə qalxmır. Bu temp hələ müşahidə edilmir. Əldə olunan bu nəticəni saxlamaq üçün hər kəs son dərəcə məsuliyyətli olmalıdır". (Trend)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











