Valideynlərin nəzərinə - Məktəbə gül və şar aparmaq olmaz

“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.
Bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.
O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: “Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”, - deyə nazirin müşaviri bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Qafqazinfo”ya açıqlamasında əlavə edib ki, xüsusi şərait olduğuna görə, şar və digər şeylərin də içəri keçirilməsi uyğun deyil. "Məktəblilərin əllərində şarla məktəbə daxil olması da qaydalara ziddir". (“Qafqazinfo”)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











