Valideynlərin NƏZƏRİNƏ: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO

Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlı uşaqlar üçün özünü dərketmə dövründə belə geyimlərin daha çox satıldığını görmək mümkündür.
Bu geyimlər “Instagram” üzərindən də satılmaqdadır.
“Sputnik Azərbaycan” həmin geyimlərin açıq-aşkar satıldığı mağazalarla əlaqə saxlayıb. Adlarının çəkilməsini istəməyən mağaza satıcıları bu geyimlərin nəyi təbliğ etdiyindən xəbərdar olsalar da, “dəbdir” deyirlər.
Bakıdakı firma mağazalarından birinin satıcısı isə deyir ki, geyimin üzərində marixuananın təsvirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, onlar sadəcə bu geyimin satılmasında maraqlıdırlar.
Mazağa satıcıları bu geyimlərin Türkiyədən gətirildiyini və çox satıldığını, hətta artıq sayının azaldığını deyirlər. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı gələcəkdə ailələrdə özünü göstərəcək.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında vurğulayıb ki, bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var:
“Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların beyinlərini yuyaraq gələcəkdə buna meyilləndirməyi hədəfləyib. Vaxtilə siqaret formasında saqqızlar satılırdı. Burada da məqsəd uşaqları siqaretə alışdırmaq, onu təbliğ etmək idi. Təəssüflər olsun ki, mövcud qanunlar bu kimi halları qadağan etmir. Bu kimi halların qadağası üçün dövlət qurumları da fəal iş aparmır. İstehlakçı hüquqları arxa plana keçib, biznes qurumları isə nə istəsə, edə bilirlər”.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










