Vaqif Əsədov jurnalistləri belə təbrik edib - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, təqaüddə olan polkovnik Vaqif Əsədov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb. Avtosfer.az təbriki təqdim edir:
Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!
22 iyul Milli Mətbuatımızın 147 illiyi təntənə ilə keçirilir. Cəmiyyətimizin aynası, ictimai fikrin inikası, xalqımızın aydınları olan və bütün sahələr üzrə vətəndaşlarımızı maarifləndirən jurnalistlər, mətbuat əhli öz peşə bayramını qeyd edir. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edir Sizə uzun ömür, möhkəm can sağlıgı, ailə səadəti, sevincli günlər, peşə fəaliyyətinizdə daim uğurlar qazanmağı arzu edirəm. Qələminiz hər zaman kəsərli, sözünüz mənalı, fikriniz məzmunlu olsun.
Əlavə olaraq bildirim ki, uzun illərdir əl-ələ verib yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq.
Dəyərli həmkarlarım olaraq Yol Polisinin fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş, aparılan təbliğat və təşviqat işlərini peşəkarlıq və qələminizin gücü ilə ictimaiyyətə çatdırmısınız. Hər zaman Dövlət Yol Polisinin xidmətinə olan diqqətinizi, qayğınızı və şəxsən mənimlə səmimi əməkdaşlığımıza verdiyiniz önəmi yüksək qiymətləndirir, hər birinizə dərin təşəkkür edirəm.
Ümid edirəm ki, gələcəkdə də vətənimizin xalqımızın, millətimizin xoşbəxt gələcəyi naminə birgə daha çox işlər görəcəyik.
Bu gün, təqaüddə olmağıma baxmayaraq, keçmiş həmkarınız kimi hər zaman sizə dəstək olmağımı fəxrlə qeyd edirəm.
Dərin hörmət və ehtiramla,
Təqaüddə olan polis polkovniki
Vaqif ƏSƏDOV
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
















