Vaqonların sayı artırılsın, vaxt intervalı qısaldılsın - Baş infeksionistdən TƏKLİF

“Metropolitendə nəzarəti gücləndirmək vətəndaşların sağlamlığının qorunmasını tam şəkildə təmin etməyəcək. Yəni, sərnişinlərin sağlamlığının təmini onların birbaşa olaraq özlərindən asılıdır”.
Bu fikirləri baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, əgər insanlar çoxdursa və sıxlıq varsa, sərnişinlər gözləməli və az sayda adam olan vaqonlardan istifadə etməlidirlər:
“Hər şəxsin yanında bir nəzarətçinin olması qeyri-mümkündür. Metropolitendən sadəcə vaqonların sayının artırılması tələb oluna bilər. Əlavə vaqonlar sərnişinlərin istifadəsinə verilərsə, sıxlıq da azalar. Bundan əlavə, təklif edirəm ki, metroda vaxt intervalı qısaldılsın. Vaqonlar tez-tez gələrsə, sərnişinlər də qısa müddətdə daşınacaq və heç bir sıxlıq yaranmayacaq. Vətəndaşlar göstərilən qaydalara əməl etməlidir”.
C.İsayevin sözlərinə görə, bəzi şəxslər qatar gözləyəndə və ya vaqonun içərisində maskasız gəzir: “Bu isə virusun yayılmasına şərait yaradan səbəblərdən biridir. Bütün hallarda sərnişin özünü qorumaq nöqteyi-nəzərdən ən önəmli faktordur. İstər pik saatlar olsun, istərsə də sərnişin az olsun və ya heç olmasın, yenə də qaydalara əməl olunmalıdır. Vaqon boş olsa belə, ora qapalı məkan olduğu üçün maskadan istifadə etmək, dezinfeksiya tədbirlərinə əməl etmək lazımdır. Vaqondakı tutacaqlardan hər kəs istifadə edir. Ona görə də qatarı tərk etdikdən sonra əlləri mütləq spirtləmək lazımdır”. (Publika.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












