Varlılar da ictimai nəqliyyatdan istifadə edəcəklərmi?

«İnkışaf etmiş ölkə o deyil ki, orada kasıbların maşını var, o ölkədir ki, orada varlılar ictimai nəqliyyatdan istifadə edirlər». Müasir dünyada meqopolis şəhərlər əhali sayının gur artması, əhatə dairəsinin genişlənməsi və yaşayış məntəqələrinin bir-birinə birləşməsi ilə müşayiət edilir. Bu sırada Azərbaycan paytaxtı Bakının da adını çəksək yanılmarıq. Kənd və qəsəbələrin böyüməsi, vətəndaşların şəhər kənarında ikinci evə sahib olması, rayonlardan paytaxta axın vəziyyəti ağırlaşdırır. Hər gün ətraf kəndlərdən şəhərə gələn səkinlərin sayı kifayət qədər çoxalır. Nəticə isə göz qabağındadır. Belə olan halda nəqliyyat vasitələrinin sayı da artır və bu, ekoloji problem yaradır.
Mərkəzi küçələrdə səkidən dayanacaq kimi istifadə edən maşınların sayı günbəgün çoxalır. Piyadalar hər an təhlükə altında qalaraq yolun hərəkət hissəsi ilə getməyə məcbur olur. Bakı şəhər Yol Polis İdarəsinin şöbə müdiri polkovnik- leytenant Vaqif Əsədovun dediyinə görə, Bakı şəhər üzrə piyadaların vurulması ümümi hadisələrin 47 faizini təşkil edir. Onlardan 5-6 faizi məhz piyada yollarının süni şəkildə bağlanması ilə əlaqədardır. Avtomobil tıxaclarından can qurtarmaq üçün şəhər icra hakimiyyətinin cəhdləri nəticə vermir. İş yerinin, ticərət obyektlərinin, səhiyyə müəssisələrinin yanında şəxsi avtomaşın saxlamaq problemə çevrilib.
Avropa ölkələrində bu problemin həlli üçün ictimai nəqliyyatın komfortluğuna və iqtisadi cəhətdən daha səmərəli olduğuna ciddi fikir verilir. Hər gün şəhər daxilində maşından istifadə edilməsi heç də ucuz deyil və ödənişlı dayanacaqların sayı artır. Təbii ki, bu, bazar iqtisadiyyatının qanunudur. Bu problemlərdən çıxış yolu kimi, bu gün çox ölkələrdə Nəqliyyat Dəyişmə Qovşaqları (NDQ) yaradılır. Onların vəzifəsi sərnişin axınını nəqliyyat növləri arasında və hərəkət istiqamətləri üzrə paylaşdırmaqdır. Adətən onlar şəhərin giriş hissəsində yerləşir, böyük dayanacaq yeri və rahat avtovağzalı var. Bu, insanlara maşınlarını dayanacaqda saxlayıb şəhər mərkəzinə hərəkət etməsi üçün ictimai nəqliyyat növlərindən metro, avtobus, tramvay, taksi və s. istifadə etməsinə imkan verir. Burada çölə çıxmadan bir nəqliyyat növündən başqasına keçmək mümkündür. NDYQ-da saxlama kameraları, kassalar, kafe, qazet köşkləri və digər xidmətlər nəzərdə tutulur. Səhərlər maşını dayanacaqda saxlayaraq ictimai nəqliyyata keçərkən yolüsti qazet alıb kofe içmək imkanı var. Axşam icə kiminləsə müasir şəraitdə qörüşüb, bazarlıq da etmək olar. NDQ-lərin inşa edilməsi sadə iş deyil. Bununla belə, müxtəlif ölkələrin təcrübəsi bunun mümkünliyini subut edir. Yalnız Moskvada 2020-ci ilə qədər dayanacaqla təmin edilmiş metro yaxınlığında yerləşən 255 yol qovşaqlarının tikilməsi hakimiyyət tərəfindən nəzərdə tutulub.
Təəssüf ki, bu məsələ barədə bizim aidiyyəti təşkilatlardan şərh almaq istəyimiz uğursus oldu. Ans
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI








