"Veloşəhər" layihəsinə start verilib - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər Turizm İctimai Birliyi və "SharkHead" Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə "Veloşəhər" layihəsinə start verilib. Anspress-in Federasiyaya istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri məşğələlərdə velosiped həvəskarlarına bu idman növü haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Veloparkda keçirilən praktiki hissədə isə layihə iştirakçıları əyani vəsaitlərlə tanış olaraq öz bacarıqlarını nümayiş etdiriblər. Avqustun 30-da proqram çərçivəsində paytaxt küçələrində "Critical Mass Baku" adlı veloyürüş təşkil olunacaq. Yürüşə saat 20:00-da start veriləcək. "Veloşəhər" layihəsinə isə avqustun 31-də keçiriləcək sərgi ilə yekun vurulacaq.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












