Vəsiqələrlə bağlı dəyişiklik; rüsum artırıldı

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi maksimim 10, minimum 1 gündə həyata keçiriləcək. Bundan başqa, şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar artırılıb. Beləliklə, şəxsiyyət vəsiqəsi on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat (hazırda üç iş günündən sonrakı müddətdə verilməsi və ya dəyişdirildirilməsi üçün rüsum 1 manatdır), üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat (hazırda bu məbləğ 10 manatdır), bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat (hazırda bir günə şəxsiyyət vəsiqəsi verilmir) rüsum nəzərdə tutulur. Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Yəni o vaxta qədər əhali şəxsiyyət vəsiqələrinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişi köhnə rüsumlarla həyata keçirəcək. "Qafqazinfo"
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












