Vətən Müharibəsi şəhidinin doğum günüdür - FOTO

Vətən Müharibəsi şəhidi İlkin Məmmədovun 19 yaşı olur.
Avtosfer.az xəbər verir ki, şəhidimizin doğum günündə Biləsuvar şəhərində olan ata ocağı rayon ictimayyəti və döyüş yoldaşları tərəfindən ziyarət edilib.
Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətinin üçüncü ayında başlayan Vətən Müharibəsində qəhrəmanlıq göstərib.
Sentyabrın 29-da Xocavənd uğrunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb.
Müalicələrə və həkimlərin səylərinə baxmayaraq, İ.Məmmədov noyabrın 6-da şəhid olub, Bəydili kənd qəbirstanlığında torpağa tapşırılıb.
İ.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










