Vətəndaş hərbi biletini itiribsə, yenisini necə ala bilər? - Şöbə rəisi AÇIQLADI

Bəzən vətəndaş hərbi biletini itirə, yaxud hansısa bir formada korlaya bilir.
Bəs bu cür hallarda o, yeni hərbi bilet almaq üçün hara müraciət etməlidir?
Avtosfer.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Redaktor.az-a açıqlamasında bu prosedurdan danışdı:
![]()
"Əgər vətəndaş hərbi biletini itiribsə, bu zaman polisə müraciət etməlidir. Polis ona müvafiq bir sənəd verir, daha sonra vətəndaş şəxsiyyət vəsiqəsini notarial şəkildə təsdiqlədir və qeydiyyatda olduğu SHXÇDX-nin şöbə və yaxud idarəsinə yaxınlaşıb 50 manat cərimə ödəyir. Bundan sonra ona yeni hərbi bilet verilir".
P.Sədrəddinov qeyd etdi ki, əgər vətəndaş hərbi bileti korlayıbsa, polisə getməyə ehtiyac yoxdur:
"Bu zaman vətəndaş yenə də şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiqlədir. Qeydiyyatda olduğu şöbə və yaxud idarəyə yaxınlaşır və 50 manat cərimə məbləğini ödəyir".
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












