Vətəndaşlar qapalı məkanlarda maska taxmaq tələbinin ləğvini istəyirlər - VİDEO

Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlnılıb ki, bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkərdə də apardığımız müşahidələr onu göstərir ki, insanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar. Həkim-radioloq Aydın Əliyev də maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib. Onun fikrincə də, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır. Bundan əlavə, Aydın Əliyev maska qadağası ilə bağlı dünya təcrübəsini misal çəkib. O, Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb. Qeyd edək ki, yumşaldılma ilə əlaqədar qərara əsasən, dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












