Videosu yayılan qazi xəstəxanaya yerləşdirildi - FOTO

Ötən gündən sosial şəbəkələrdə Vətən müharibəsində iştirak etmiş daha bir qazinin ciddi müalicəyə ehtiyacı olduğu barədə video yayılıb. Söhbət Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü Tarverdiyev Şahmar Şaban oğlundan gedir. Həmin görüntülərdə çıxış edən qazinin anası 7 aydır ki, oğlunun psixoloji vəziyyətinə görə günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini bildirib.
Qazinin qardaşı Tarverdi Tarverdiyev "Qafqazinfo"ya bildirib ki, Şahmar müharibədən sonra bu vəziyyətə düşüb: "Səfərbərlik Xidmətinin çağırışıyla müharibəyə getmişdi. Bu günə kimi onun vəziyyəti ilə də maraqlanan olmayıb. Mən özüm dəfələrlə icra hakimiyyətinə də müraciət etmişəm. "Xoş gəldin, xoş getdin" sözlərindən başqa bir şey eşitməmişəm. Deyirlər ki, müharibədə yaralanmayıb, hospitala getməyib, əlinizdə həkim kağızı yoxdur deyə kömək edə bilmərik. Qardaşım müharibənin ağırlığından, gördüklərindən psixoloji sarsıntı keçirib. Bu günə kimi də gördüklərini yaddan çıxara bilmir. Müharibə zamanı mərminin qəlpələri sağ tərəfdən qulaq nahiyəsinə dəyib. Az qan axıb. Başağrıları olduğu halda həkimə müraciət etməyib".
T. Tarverdiyev bildirib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".
Ağdaş rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən qazi evində üç dəfə ziyarət edilib: "Deputat tərəfindən də ona kömək edilib, dərmanlar verilib. Bildirilib ki, onun vəziyyətindən məlumatlıdırlar. Qaziyə necə lazımdır köməklik göstərilib və bundan sonra da vəziyyəti diqqətdə saxlanılacaq".

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










