Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib.
Avtosfer.az-ın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli həmkarlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm! Hər zaman cəmiyyətin mənəvi dayağı olan, saflığı, işgüzarlığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının zəngin mədəni-mənəvi irsimizin qorunub saxlanılmasında müstəsna xidmətləri vardır.
Öz potensialını davamlı inkişafda olan müstəqil Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına sərf edən, ölkəmizin ictimai həyatında, dövlət idarəçiliyində mühüm rol oynayan qadınlar quruculuq prosesinin fəal iştirakçısıdır.
Azərbaycan qadınının ictimai-siyasi, iqtisadi və sosial sahələrdə səyləri, mədəniyyətlərarası dialoqon formalaşdırılmasında önəmli xidmətləri ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul vəzifələrini layiqincə yerinə yetirmələrini, xidmətdə əldə edilən uğurlarda böyük əməyini xüsusi qeyd edir və əmin olduğumu bildirirəm ki, siz, əzmkar və səmərəli fəaliyyətinizlə respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəksiz.
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












