Viza qaydalarını pozanlar 26 min dollar məbləğində cərimələnəcək

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarətində viza qaydalarını pozanlar üçün 26 min dollara qədər böyük məbləğdə cərimələr və Krallığa mümkün giriş qadağası tətbiq olunacağını elan edib. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, nazirlik cəzadan yayınmaq üçün qarşıdan gələn mövsümdə Həcc ziyarətinə rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb.
Səudiyyə Ərəbistanının nazirliyi bildirib ki, rəsmi icazəsiz və ya turist vizası ilə Həcc ziyarətinə gedən şəxslər 5332 dollar cərimələnəcək.
Nazirlikdən verilən məlumata görə, icazəsiz Həcc ziyarətinə gedən və ya bunu etməyə cəhd edən şəxs üçün turist vizası üzrə müraciət edən hər kəs 26 min dollara qədər cərimələnəcək. Bu, Həcc dövründə səyahət vizası olanları Məkkəyə və ya müqəddəs yerlərə daşıyan hüquqi və fiziki şəxslərə də aiddir.
Eyni zamanda, bildirilib ki, bu kateqoriyaya turist vizası sahiblərini otellərdə, mənzillərdə, şəxsi yaşayış yerlərində, sığınacaqlarda və ya zəvvarların məskunlaşdığı digər yerlərdə gizlədənlər, habelə onların Məkkədə və ya müqəddəs yerlərdə qalmalarına hər hansı formada yardım təklif edənlər də daxildir.
Nazirliyin bəyanatında deyilir: “Cəzalar pozuntuların sayı ilə artır. Qanunu pozanlara və qeyri-qanuni olaraq Həcc ziyarətinə cəhd edərkən yaxalanan xarici vətəndaşlara 10 il müddətinə Səudiyyə Ərəbistanına giriş qadağan ediləcək”.
Bu il Həcc ziyarətinin iyunun 6-da, cümə günü axşam başlanacağı və iyunun 11-də başa çatacağı gözlənilir.
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ
Azadlıq prospektindəki “cib” yığışdırılmalıdır - EKSPERT
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə SAXLANILIB
Samir Şərifova yeni VƏZİFƏ VERİLDİ
Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir - ŞİKAYƏT
Ramiz Mehdiyevə məxsus bankın lisenziyası ləğv edildi - RƏSMİ










