Vladimir Putin Qarabağla bağlı Moskva danışıqlarını vacib və faydalı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı razılaşmalara əməl olunması ilə əlaqədar danışıqları vacib və faydalı adlandırıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
“Mən bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair ortaq bir bəyanat imzaladıq,” - deyə Rusiya lideri bildirib.
V.Putin iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üçün konkret addımların atıldığını nəzərdə tutduğunu deyib.
Rusiya Federasiyasının Prezidenti əlavə edib ki, bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupu yaradılacaq.
V.Putin yaxın gələcəkdə hökumətlərin baş nazir müavinlərinin işçi qruplar yaradacağı, nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklərini söyləyib.
“Əminəm ki, bu sazişlərin həyata keçirilməsi həm Azərbaycan, həm də erməni xalqlarına fayda gətirəcək, şübhəsiz ki, bu, bütövlükdə bölgəyə və buna görə də Rusiya Federasiyasının da maraqlarına fayda gətirəcək”, - deyə Rusiya dövlətinin başçısı vurğulayıb.
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI











