Xalq artisti ayaqqabılarını dəyişik geyinməyindən danışdı - "Yuxulu idim"

Xalq artisti Zabit Nəbizadə dəyişik geyindiyi ayaqqabı qalmaqalına aydınlıq gətirib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Zabit Nəbizadə açıqlamasında yuxusuz olduğunu bildirib:
“Hadisə ad günümün səhəri baş verib. Gecə yatmamışam, yuxulu idim. Səhər konservatoriyada dərsim vardı, tələsirdim, işığı yandırmadan, paltarımı geyinib çıxdım. Hər ayaqqabımdan bir tay geyinib getmişəm. Şəkil çəkiləndən sonra uşaqlardan biri dedi ki, müəllim, ayaqqabınızı səhv geymisiniz. Dedim əsas şəkildir, yaxşı alınıb. Ayaqqabımı gizlədə də bilərdim, amma etmədim. Sənətim qalıb bir yanda, ayaqqabımdan yazıblar. Biz niyə belə zəmanəyə gəldik? Mənim tələbələrimdən, verdiyim dərsdən, sənətimdən yazın”.
Zabit Nəbizadə ayaqqabısının fotosunu çəkib yayanı düşmən adlandırıb:
“Ayağımdakı ayaqqabımın biri kişi, digəri qadın deyil ki? İkisi də mənimdi, istəyərəm belə geyərəm, istəyərəm tay geyinirəm, bundan kimə nə? Gör nə qədər düşməndirlər ki, ayaqqabıma fikir verib, onu xəbər edib yayırlar”.
Qeyd edək ki, Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. Fotoda onun hər ayağına fərqli ayaqqabılar geyindiyi diqqət çəkib.

İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq












