Xalq artistindən yol qəzalarına qarşı çağırış

Xalq artisti Arif Quliyev son vaxtlar yol qəzalarının sayının artmasından və ölənlərin çox olmasından təəssüfləndiyini bildirib. O, Avtosfer.az-a açıqlamasında sürücüləri yollarda diqqətli olmağa çağırdı: “Hər bir sürücü evdə ailəsinin, övladlarının onu gözlədiyini düşünməlidir. Ona görə də sürücülər sükan arxasında heç vaxt tələsməsinlər. İnsan tələsəndə hərəkətini itirir və problemlərə yol açır. Səbrli və diqqətli olsunlar. Bəzi sürücülər bir-birilərini ötüb keçməyə çalışırlar. Bu zaman əsəbləşərək biri digərinin arxasınca gedir. Onda sürücünü saxlayıram ki, bəlkə dəlidi, ya da harasa tələsir. Qoy getsin, xəta-balası səndən uzaq olsun».
Xalq artisti tıxaca səbəb olan hallardan da danışdı: “Yol hərəkət qaydalarından düzgün istifadə etmək lazımdır. Maşınla gedən zaman tıxacda görürəm ki, bir-iki sürücü gəlib yanımdan ötüb keçdi. Mən gözləyirəm, onlar qayda pozaraq keçib gedirlər. Fikrləşmir kilər, sağdan gələn maşınların qabağını kəsərək tıxac əmələ gətirirlər. Sağ tərəflə gedən zaman sol tərəfdən gedən maşına yol versək, inanın ki, tıxac baş verməz. Bəzi insanlar deyirlər ki, imkanım var, bu dəqiqə keçəcəm. Onun nəticəsində də tıxac yaranır. Gəlib müəyyən bir yerə çatanda görürük ki, sağ tərəfdə həmin sürücü tıxacda qalıb. Ondan sonra gələn maşınların da qabağını kəsib. Beləliklə, tıxac yaranır. Sürücülərə gözləməyi, səbrli olmağı tövsiyyə edirəm. Hər dəqiqə hər şey ola bilər. İnsan bir dəfə dünyaya gəlir. O hadisə də bir dəfə baş verir. Qəzaların olmaması üçün tələskənliyə yol verməmək lazımdır».
Fidan
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










