Xankəndidə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq - AÇIQLAMA

Azərbaycanlıların Ərsakına “Artsax” deyib özününküləşdirmək istəyən sarsaq ermənilər indi dillərindən də imtina edib özlərini təzə dilə — rus dilinə sərrəmaq istəyir. Rus dilini “ikinci rəsmi dil” elan ediblər”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı səsləndirib. O, bu məsələni rusların oyunu adlandırıb: “Bunların dili var ki, ikinci dil də elan edələr. Əlbəttə, aydındır ki, bu məsələ rusların oyunudur. Rusların “Ermənistan” adlı alətlərini sındırmışıq, indi “artsax” adlı yeni alət düzəltmək istəyirlər. Amma səyləri əbəsdi, zaman başqadır və ortada Türkiyə-Azərbaycan adında güc mövcuddur. Rus ayısının oyunları daha keçməyəcək”.

QAT sədri əlavə edib ki, Xankəndidə Azərbaycan və Türkiyə bayraqlarının dalğalanacağı günə az qalıb: “Ermənilər bunu başa düşüb, bizim bayrağımıza, dilimizə sığınmalıdır. Özü də bunu tez etməlidirlər ki, sonra yaxına buraxmayacağıq. Yeri gəlmişkən, ermənilərin 2017-ci ildə Cəbrayılda tikdikləri “kilsə” daha çox tövləyə oxşayır. İndi bunlar gündə bir tövlə tikib, adını kilsəyə qoyacaqlar ki , dəyməyin? Bu tikili kilsə deyil, qanunsuz tikilidir və ona görə də dağıdılmalı idi. Erməni “tövlə-kilsəsi”nə görə hay-küy salanların isə insafları olsun, bircə anlığa dönüb dağıdılan yüz minlərlə Azərbaycanlı evlərinə, məscidlərinə, qəbiristanlıqlarına baxsınlar. Erməniyə züy tutmasınlar. Hər halda özləri bilərlər. Biz də öz işimizi artıq yaxşı bilirik”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












