Xankəndində məni yol polisi saxladı - Aqil Abbas yazır

İnanmazsınız, Yol polisinin məni saxlaması o qədər xoş oldu ki. Və sevindim də.
Mən şəhərdə demək olar ki, maşın sürmürəm, əsəblərim götürmür. Amma rayonlara gedəndə, xüsusilə də ailəmlə gedəndə, sükanın arxasında həmişə özüm oluram. Laçında xalça sərgisi keçirilirdi, məni və xanımımı da dəvət etmişdilər. «Ya Allah» deyib üz tutdum Ağdam-Şuşa-Laçın yoluna. 37 ildən sonra ilk dəfəydi bu yolla Laçına gedirdim. Ürəyim atlanırdı. Yolboyu bu yolu açan şəhidlərimizə rəhmət oxuyurdum, qazilərimizə şəfa diləyirdim və Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırdım və deyirdim ki, Allah Ali Baş Komandanın əlindəki Həzrət Əli qılıncına qüvvət versin.
Nəhayət, gəldim çatdım Xankəndinə. «Qarabağ»ın «MOİK»lə Xankəndi stadionunda Kubok oyununda iştirak etmişdim. Onda Xankəndində gəzmişdim. Maşını döndərdim Xankəndinə ki xanımım da gəzsin azad olan Xankəndində, ürəyi açılsın.
Elə təzəcə Xankəndinə girmişdim ki, qarşıdan gələn Yol polisi maşını məni saxladı. Cavan, sütül, boylu-buxunlu serjant özünü təqdim elədi. Çox təəssüf ki, soyadı yadımdan çıxıb, mən də həmin vaxt telefonla danışırdım. Dedi ki, sükan arxasında telefonla danışmaq olmaz, bu 80 manat cərimə və 3 baldır. Mən də gülümsəyirəm, serjant da çaşıb baxır ki, məni bunu cərimələyirəm, bu da gülümsəyir. Çox xoşhallanmışam ki, məni Xankəndində öz Yol polisimiz saxlayıb cərimələyir. Cəriməni ödəməyə hazırlaşırdım ki, bir polis zabiti yaxınlaşdı.
Salam verdi və serjanta dedi:
- Müəllimi tanımadın? Aqil Abbasdı.
Serjant da:
- Müəllim, buyurun, gedə bilərsiniz.
Qayıtdım ki, mən doğrudan cəriməni ödəmək istəyirəm, özü də bu cərimə mənə ləzzət eləyir. Amma cərimələmədilər, yaxşı yol arzuladılar.
Mən bir neçə dəfə televizyonda da demişəm, yazılarımda da yazmışam. Ki, neyləyirəm o «Mersedes»i ki Ağdama gedib Cəfərin çayxanasının qabağında saxlayıb, sonra da forslu-forslu düşüb çayxanaya girməyəcəyəmsə.
İndi maşınımı, «Mersedes» olmasa da, bir marketin qabağında saxlayıb forslu-forslu düşdüm, marketin önündəki adamlarla forslu-forslu əl tutub görüşdüm, sonra da forslu-forslu bir qazlı «Sirab» alıb ləzzətlə içdim.
Niyə də forslanmayım? Meydanında müqəddəs bayrağımız dalğalanan Xankəndində məni Azərbaycanın Yol polisi saxlayıb, sonra da həmin bayrağı ziyarət etmişəm, xankəndililərlə görüşmüşəm və ləzzətlə «Sirab» içmişəm.
Belə forslanmağı hamıya arzulayıram.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










