Xarici nömrəli avtobuslar sərnişin daşıyır - Onlara icazəni kim verib? - VİDEO

Bakıda 30-40 sürücü rayonlara sərnişin daşıyan həmkarlarından narazıdır. Söhbət o həmkarlardan gedir ki, avtobusları xarici ölkə qeydiyyat nişanlıdır, bəziləri isə özləri də xarici ölkə vətəndaşıdır. Avtosfer.az xəbər verir ki, sürücülər iddia edirlər ki, Gürcüstan dövlət nömrə nişanlı avtobuslarla şəhərin bir neçə ərazisindən, xüsusilə də bəzi metrostansiyaların çıxışlarından İsmayıllı, Qəbələ, Quba, Qusar və digər turistik bölgələrə sərnişin daşınır.
Hətta onlar iddia edirlər ki, şirkət işçilərinin daşınmasını həyata keçirənlər də var. Bu da qanuni fəaliyyət göstərən sürücülərin işinə mənfi təsir edir. Narazı sürücülər deyirlər ki, ölkə ərazisində sərnişindaşıma üçün lazım olan bütün sənədləri var. Qiymətlərə gəldikdə isə, onlar Tarif Şurasının hər kilometrə görə müəyyən etdiyi qiymətlə işləyirlər. Bu məqamda ortaya belə bir sual çıxır: xarici ölkə qeydiyyat nişanlı avtomobillə ölkə daxilində sərnişin daşımaq üçün onlara fərqlənmə nişanını kim verib və ümumiyyətlə bu, qanunidir?
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyir ki, qanunvericiliyin tələbinə əsasən, xarici qeydiyyat nişanlı taksi və ya avtobus sürücülərinə sərnişindaşıma üçün istər lisenziya, istərsə də fərqlənmə nişanı sənədi verilə bilməz. Həmin sürücülərin qanunsuz fəaliyyətinin qarşısını almağa gəldikdə isə, nazirlik rəsmisi bildirdi ki, bu, tək onların səlahiyyətinə aid məsələ deyil. Ona görə də bu məsələdə digər aidiyyəti qurumlarla danışıqlar aparılacaq. Qeyd edək ki, narazı sürücüləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də qəbul edib və onlara problemin araşdırılacağı bildirilib.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










