"Xəbərdarlıq siqnalı"nın sınaqdan keçirilməsi uğursuz oldu

Sentyabrın 10-da Almaniyada "xəbərdarlıq siqnalı"nın sınaqdan keçirilməsi planlaşdırılmışdı. Ölkə daxilində siqnalın sınanması qərarı təbii fəlakətlər, terror hücumları, ekstremist yürüşlər və ya təhlükəli maddələrin aşkarlanması halında əhalinin ümummilli siqnal sirenasına necə cavab verəcəyini yoxlamaq məqsədi daşıyırdı.
Test, indi məlum olduğu kimi, "uğursuz" nəticələnib. Bir çox şəhərdə sirena ümumiyyətlə yox idi və xəbərdaredici tətbiqlərdən smartfonlara gələn mesaj yarım saat gecikdi. Beləliklə, müəyyən edildi ki, ölkə əhalisi ya yaxınlaşan təhlükə barədə ümumiyyətlə xəbərdar olmayacaq idi, ya da böyük bir gecikmə ilə bu barədə məlumat əldə edəcəkdi.
Maraqlıdır ki, bir çox sirenalar "soyuq müharibə" başa çatdıqdan sonra söküldü və yeni səlahiyyətli orqanlar ümumiyyətlə bu barədə bilmirdi...
İndi aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün görüləsi iş çoxdur. (AZƏRTAC)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












