Xəbərdarlıq: uzun müddət açıq havada qalmaq məsləhət deyil

Bu gün və sabah ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəsas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur, arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq. İyulun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq. A.Verdiyev bildirib ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 34-39, Aran rayonlarında 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti Bakı və Abşeron yarımadasında durğun hava şəraiti ilə bağlı vətəndaşları xəbərdarlıq edib. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












