Xəbərdarlıq: yol polisi genişmiqyaslı reydlərə başlayır

Azərbaycanda yol polisi tərəfindən iyunun 15-dən iyulun 15-dək «Sürücülər, intizamlı olaq!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirəcək. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, BDYPİ hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sürücü mədəniyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi qaydalarına əməl olunması, yollarda sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsi səbəbindən ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi, yollarda təhlükəsizlik mühitinin yaradılmasında hərəkət iştirakçılarının bütün kateqoriyalarının və aidiyyəti təşkilatların aktiv iştirakının təmin edilməsi məqsədi ilə iyunun 15-dən iyulun 15-dək ölkə ərazisində "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək. Kamran Əliyev bildirib ki, təhlükəsizlik aylığı paytaxt Bakıda müşahidə olunan sıxlığın və tıxacların qarşısının alınmasını da əhatə edəcək. Bu tədbirlərin keçirilməsinə zərurət yaranıb. Bunlardan biri də normal hərəkət zamanı, eləcə də 5.1 (avtomagistral) və 5.3 (avtomobillər üçün yol) nişanları ilə işarələnmiş yolların hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edilməsinin qarşısının alınmasıdır. Eyni zamanda, üstün keçid hüququna malik olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkət zolağının boşaldılması sahəsində sürücülərin maarifləndirilməsinə ehtiyac var. Bunun üçün də kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğat işlərini gücləndirəcəyik. Bununla əlaqədar olaraq, qısa zaman ərzində tərbiyəvi-təbliğat xarakterli qısametrajlı videoçarxların və animasiya filmlərinin hazırlanması və televiziya kanallarında mütəmadi yayılmasını təşkil edəcəyik».
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını aylıq ərəfəsində yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyyə edir.
Elməddin
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO













