Xəstəxana var, tibbi avadanlıq var - amma həkim yoxdur - VİDEO

Tərtər rayon Mərkəzi Xəstəxanasında həkim çatışmır. Tibb ocağında həkim çatışmazlığı yaşandığından insanlar digər rayon və şəhərlərə getməli olurlar. Bu da yerli sakinlər üçün vaxt itkisi və əlavə xərc deməkdir.
Xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunsa da, mütəxəssis sarıda qıtlıq yaşayır. Görüntülər Tərtər rayonundandır. 121 çarpayılıq Tərtər Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir olunduqdan və müasir tibbi avadanlıqlarla təchiz edildikdən sonra istifadəyə verilib. Buna baxmayaraq, ağır yaralıları burada əməliyyat etmək mümkün deyil. Səbəb isə ixtisaslı həkim çatışmazlığıdır. Rayon sakinləri iddia edirlər ki, mərkəzi xəstəxanada yalnız ilkin tibbi yardım göstərilir və sonra xəstə Bərdə xəstəxanasına getməyə məcbur qalır. Bu da onlara əlavə vaxt itkisinə və xərclərə başa gəlir... Bərdə rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, onlara müraciət edənlərin sayı ildən ilə artır. Buna səbəb qonşu rayonlarda yaşanan həkim çatışmazlığıdır. Tərtər rayon mərkəzi xəstəxanasından aldığımız məlumata görə, hazırda rayon xəstəxanasında 30 vakant yer var. Xəstəxana üçün ən vacib həkimlər isə cərrah, travmatoloq və anestezioloqdur. Xəstəxananın direktor əvəzi və baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bildirdi ki, lazım olan ixtisaslar üzrə həkimlərin rayon mərkəzi xəstəxanasına cəlb edilməsi üçün işlər aparılır. Bununla bağlı aidiyyəti üzrə dövlət orqanlarına və Tibb Universitetinə müraciət edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












