Xəstəxanasındakı biabırçı vəziyyətlə bağlı tibb müəssisəsindən RƏSMİ AÇIQLAMA

Abşeron Rayon Mərkəzi Xəstəxanası bu gün tibb müəssisəsinin önündə və içərisində yaranan sıxlıqla bağlı açıqlama verib. Avtosfer.az-ın məlumatına görə, tibb müəssisəsindən Oxu.az-a bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3000-3500 nəfər təşkil edir.
Qeyd olunub ki, müraciət edən hər bir vətəndaşa gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmət göstərilir:
"Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir. Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması üçün müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur".
Məlumatda əlavə olunub ki, yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır:
"Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib. Eyni zamanda, xidmətlərin daha operativ təşkili üçün sənəd və arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub. Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcəkdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması nəzərdə tutulur".
Sonda vurğulanıb ki, qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmət göstərmək məqsədi daşıyır:
"Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik. Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər isə növbəsiz şəkildə qəbul olunur".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












