Xəzər Kürə axıb, 40 kilometr irəlilədi - VİDEO

Neftçalada dəniz suyu Kür çayına qarışıb. Daha doğrusu artıq Kür Xəzərə yox, Xəzər Kürə axır.
Son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddə düşüb.
Ötən ilin aprelində çayda suyun orta dərinliyi 162 santimetr təşkil edirdisə, müvafiq dövrdə 109 santimetr olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 santimetr aşağıdır. Odur ki, son 20 gündə dəniz suyu Kür çayının 40 kilometr məsafəsinə qədər irəliləyib. Nəticədə rayonun I Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi yaranıb.
Yaranmış problemin aradan qaldırılması üçün 10-dan çox su maşını ayrılıb. Həmin maşınlar vasitəsi ilə yaşayış məntəqələrində quraşdırılmış 170-ə yaxın çənə su vurulur, əhali də bundan istifadə edir.
Kür çayının şorlaşması kənd təsərrüfatına da öz mənfi təsirini göstərib. Yaz-tarla işlərinin qızğın çağı olmasına baxmayaraq, fermerlər su qıtlığı ilə üzləşməli olublar. Bəzi fermerlər isə əkin sahələrini suvarmaqdan ötrü şor sudan istifadə etmək məcburiyyətində qalıblar.
Hazırda Kür çayında şor suyun əhatə etdiyi 10 nasos stansiyasını 5-i dayandırılıb. Məcburiyyət qarşısında qalan bəzi fermerlərin istəyiilə, qalan su nasoslarının vasitəsi ilə kanallara şor su ötürülür.
Mütəxəssislərin fikrincə, vəziyət bir qədər də belə davam edərsə, rayonda ekoloji təhlükə yarana bilər. (“Report”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












