Xəzər rayonunda daha bir məhəllə abadlaşdırıldı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, sakinlərimizin istək və arzularına uyğun olaraq, onlar üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Neqsol” Holdinq tərəfindən rayonun Binə qəsəbəsindəki 2146-cı məhəllə abadlaşdırılıb. Yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları, mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar, skamyalar, gecə işıqları üçün dirəklər quraşdırılıb, binalarının dam örtükləri, fasad və pilləkən qəfəsləri əsaslı təmir edilmişdir. Həmçinin, mövcud ağaclarda budama işləri aparılaraq, yeni yaşıllıqların salınması, yeni ağac və gül kolları əkilib. Bu gün Binə qəsəbəsində 2146-cı məhəllədəki abad məhəllənin açılış mərasimi keçirilib. Açılış mərasimində Xəzər RİH başçısının I müavini Elşən Qurbanov, təmir işlərini həyata keçirən “Neqsol” Holdinqin nümayəndəsi İsrail Asaliyev, RİH Aparatının şöbə müdirləri, Binə qəsəbə nümayəndələri, Binə bələdiyyəsi, şəhid ailələri, ağsaqqallar və yerli sakinlər iştirak edib. Mərasimi giriş sözü ilə Xəzər RİH başçısının I müavini Elşən Qurbanov açaraq tədbir iştirakçılarını salamlamış, sakinlər üçün görülmüş işlərə görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fonduna və “Neqsol” Holdinqin rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra tədbir iştirakçıları tərəfindən yeni salınmış məhəllədə şam ağacları əkilib. Bundan sonra, uşaqlar üçün istifadəyə verilmiş idman qurğularına baxış keçirilib. Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məlyekə Məcidova və şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədzadə və yerli sakinlər qısa müddət ərzində Binə qəsəbəsində "Abad Məhəllə"lərin və istirahət parklarının salınmasına və bütövlükdə qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.





Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










