Xəzər rayonunda qoyun-quzu oğurlayan şəxslər saxlanıldı - FOTO

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.
Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO










