Xəzərdə 1 il 4 ay əvvəl gəmidə batan iş adamının meyiti tapılıb

Xəzər dənizində 1 il 4 ay bundan əvvəl balıqçı gəmisində batan zərdablı iş adamının meyiti tapılıb. APA-nın məlumatına görə, 1973-cü ildə Zərdab rayonu Burunlu kəndində anadan olan, Bakı şəhərində yaşayan Əhmədov Nofəl Qüdrət oğlu 2012-ci il dekabrın 29-da 5 nəfərlik kiçiktutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb və gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb. Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb. 2014–cü ilin aprelində N.Əhmədovun ailə üzvlərinə Xaçmaz rayonunda naməlum məzar olduğu barədə məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, onlara məlumat daxil olduqdan sonra onlar Xaçmaz rayonuna yollanıblar. Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013-cü ilin avqustunda gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib. Aparılan araşdırmalardan sonra həmin məzarın N.Əhmədova aid olduğu təsdiqlənib. Bu gün N.Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonu Burunlu kəndinə gətirilib və dəfn edilib.
Qeyd edək ki, mərhum N.Əhmədov ailəli olub və 2 ödladı var.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












