Xəzərin dayazlaşması Aktau limanındakı tankerlərə problemlər yaradır

Xəzər dənizinin dayazlaşması Aktau Beynəlxalq Dəniz Ticarət Limanının işinə mənfi təsir göstərməyə başlayıb.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, yük gəmilərinin və neft tankerlərinin limana təhlükəsiz daxil olması üçün onlar artıq tam yox, 10 faiz daha az yüklənməlidir.
Aktau liman departamentinin rəhbəri Yerbolat Tlepiyevin izah etdiyi kimi, 6500 ton üçün nəzərdə tutulmuş quru yük gəmiləri indiki şəraitdə 5500 tondan artıq yük götürə bilməz. Tankerlərdə də vəziyyət oxşardır. Belə ki, yükgötürmə qabiliyyəti 6800 ton olan tanker cəmi 6500 ton yüklənir, 12000 tona qədər tutumlu gəmilər isə cəmi 9-10000 ton yük qəbul edir. Əks halda, tam yüklənən gəmilərin gövdəsinin aşağı hissəsi dənizin dibinə toxunmağa başlayır.
Yerbolat Tlepiyev vurğulayıb ki, ilin sonuna qədər dərinləşdirmə işləri aparılmazsa və suyun səviyyəsi aşağı düşməkdə davam edərsə, gəmiçilik səmərəsiz olacaq.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, problemin həlli üçün Aktau limanının sularında dərinləşdirmə işlərinə başlanılacaq. Analoji tədbirlər ötən il Kurık limanında uğurla həyata keçirilib.
Nəqliyyat naziri bildirib: “Mayda dərinləşdirmə işlərinə başlamağı planlaşdırırıq. İlin sonunadək işlərin bir hissəsini yekunlaşdıracağıq. Gələn il ikinci mərhələni də həyata keçirəcəyik. Bu işlər gəmiləri tam yükləməyə imkan verir. Dənizin dibindən çıxarılan qum dayaz yerlərə tökülərək hündürlüyü 2 metr artırır. Bunun sayəsində 171 hektar əlavə torpaq sahəsi yaranacaq və burada terminalın tikintisi planı həyata keçiriləcək”.
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO










