Xınalıq yolu açıldı

Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən üç gündür ki, bağlı olan Quba-İspik-Xınalıq yolunda fevralın 24-ü gecə saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib. Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu Quba-İspik-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradırdı. Buna baxmayaraq, yol istismar idarəsinin işçiləri nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkətini təmin edə biliblər. Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib ki, qar uçqunu nəticəsində nəqliyyat əlaqəsi kəsilən kəndlərdə hər hansı fövqəladə hal yaşanmayıb. “Yerli sakinlər təbiətin bu şıltaqlığına hazır olduqlarından vacib qış tədarükünü əvvəlcədən həyata keçirirlər. Kəndlərdə kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb”, - deyə Y.Abidov bildirib.
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO










