Xırdalanda acınacaqlı vəziyyət: İcra Hakimiyyəti hara baxır - FOTO

Xırdalan şəhərində Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsində antisanitar vəziyyət yaranıb. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilir ki, sözügedən küçədə günaşırı daşınmalı olan zibil artıq 8 gündür həyətdə qalıb:
"Səbəb odur ki, Abşeron rayon İcra Hakimiyyəti öz vəzifəsinin öhdəsindən gəlmir. Həmin ərazidə zibil daşınması ilə bağlı problem dövrü olaraq baş verir. Bir ay normal işləyirlər, növbəti ay zibil daşınmasında problemlər yaşanr. Qonşu yaşayış kompleksində zibillər vaxtlı-vaxtında daşınır. Çünki özəl şirkət həyata keçirir. Bizim binada isə Abşeron rayon İcra Hahimiyyəti müxtəlif vasitələrlə binanı idarə edən MTK-yə imkan vermir ki, özəl şirkətin xidmətinə keçsin. Zibil daşınmasına məsul olan qurumun rəhbəri dəyişib. Yenisi söz vermişdi ki, təmizlənəcək. Artıq o da zənglərə cavab vermir. Səbəb isə maşın çatışmazlığıdır. Deməli, İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edərək MTK-lərə təzyiq edir ki, onun xidmətindən istifadə etsinlər. Bunun üçün isə zəruri maşın parkı yoxdur", - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.


Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










