Xızı polisi gücləndirilmiş iş rejiminə keçib - FOTO

Xızıya qarın yağması ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.
Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.
Bundan əlavə, şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməklikləri göstərirlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












