Xızıda tikintidə oğurluq edən şəxs tutulub - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
C.Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












