XİN açıqlama yaydı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada deyilir:
Azərbaycan Respublikasına qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır.
Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb.
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Azərbaycanın Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və kritik əhəmiyyətli infrastrukturunun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır.
Azərbaycan tərəfində Azərbaycanın mülki əhalisi və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən raket atəşinə tutması barədə tutarlı faktlar var.
Bütün dəlillər yerli və xarici mütəxəssislərin, o cümlədən yerlərdə olan xarici jurnalistlərin iştirakı ilə toplanaraq, müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.
Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələblərini yerinə yetirməyə çağırırıq.
Bir daha təkrar edirik ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki şəxslərin və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin dərinliyindəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirəcəyi əks-hücum tədbirlərinin nəticələrinə görə tam məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












