Xocavənd polisi sakinlərə bayram sovqatları paylayıb - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini və eləcə də aztəminatlı ailələri ziyarət edib, onlara bayram sovqatları verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları bayram münasibəti ilə bütün ailələri təbrik edib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Həmçinin polis əməkdaşları koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə də hər bir vətəndaşla ayrıca maarifləndirici səpkidə söhbətlər aparıb, öz sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər.
Namiq Musayev



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











