Xocavənddə 22 nəfərin qəzaya düşdüyü avtobusun sürücüsü saxlanıldı

Xocavənd rayonu ərazisində 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı qəzaya uğrayan avtomobilin sürücüsü Paşa Mürşüdov şübhəli şəxs qismində saxlanılıb. Hazırda fakt üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib. Qəza nəticəsində 22 nəfər xəsarət alıb.
Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










