Yağış yağacaq – HAVA XƏBƏRİ

Noyabrın 19-da hava yağmurlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədovanın verdiyi məlumata görə, noyabrın 19-u Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-10, gündüz 11-14 dərəcə olacaq. Rayonlarda da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə, dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












