Yanacaqla bağlı seminar keçirildi

Avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübələri üzrə seminar keçirilib. Bu seminar Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun 6-cı bəndinin icrası məqsədi ilə təşkil olunub. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) aparat rəhbəri Elçin Quliyev seminarı açıq elan edib. O bildirib ki, bu tədbirin əsas məqsədi avtomobil yanacağı üzrə standartların formalaşdırılması və iki ölkə arasında təcrübə mübadiləsi aparılmasıdır. Daha sonra çıxış edən SMPDK-nin Təcrübə Sınaq Mərkəzinin direktoru Mahmud Quliyev avtomobil yanacağı sınaq təcrübəsindən danışıb.
Avtomobil yanacağının labarotoriya təhlillərinin standartları və texniki təchizatı barədə danışan AzTEST-in Neft məhsullarının sınaq laboratoriyasının əməkdaşı yanacaqların keyfiyyətinin yoxlanıldığını söyləyib: “Turşuluq, buxarlılıq, doymuşluq, benzinin rəngi kimi məsələlər nəzərdən keçirilir. Benzinin oktan ədədi də yoxlama zamanı ölçülür. Əgər bu oktan ədədi normadan aşağı olarsa o zaman partlayış ola bilər”. Tədbir daha sonra iki ölkə arasında qarşılıqlı müzakirələrlə davam edib.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












