Yanğınsöndürən avtomobillər üçün tikilən su hovuzu təhlükə mənbəyinə çevrilib - VİDEO

Bakının Xətai rayonunda sovet vaxtı yanğınsöndürən avtomobillər üçün tikilən su hovuzu indi təhlükə mənbəyinə çevrilib.
Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 70 ünvanından gedir.
Sakinlər deyirlər ki, sovet vaxtı yanğınsödnürən avtomobillər üçün ehtiyat su anbarı kimi istifadə edilən hovuz indi zibil qutusuna çevrilib. Onlar acınacaqlı vəziyyətin 5 ilə yaxındır ki, yaşandığını xatırladırlar.
Sakinləri narahat edən digər bir məsələ isə dərinliyi təxminən 3-4 metr olan su hovuzunun üstündəki beton örtüyün yararsız hala düşməsidir. Onlar bildirilər ki, uşaqlar həmin ərazidə oynadıqlarından təhlükə riski daha da artır.
Onlar bildirirlər ki, su hovuzunun ləğv edilməsi ilə bağlı dəfələrlə aidiyyəti üzrə məlumat veriblər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, su hovuzu barəsində məlumatları var. Sabah mütəxəssislər həmin əraziyə baxış keçirdikdən sonra hovuzun təmir və ya ləğv edilməsi barədə qərar veriləcək.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












