Yanvar ayında BTC ilə dünya bazarına nəql edilən neftin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2021-ci ilin yanvar ayı ərzində 18,5 milyon barelə yaxın neft nəql edib.
“BOTAS International Limited”in məlumatına əsasən, 2021-ci ilin əvvəlindən yanvar ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 25 tankerə yüklənərək dünya bazarına yola salınıb.
BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 589,5 milyon barelə yaxın neft nəql edilib. Bu neftin daşınmasında 4 min 684 tankerdən istifadə edilib.
Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur.
Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












